Meksikada terror hadisələri artmaqda davam edir

Meksikada terror hadisələri artmaqda davam edir

Meksikanın Miçoakan ştatının meri silahlı hücumda ölüb.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, ştatın Aguililla şəhərinin meri Sezar Arturo Valensiya Kabaleron silahlı qruplaşmanın hücumuna məruz qalaraq həyatını itirib. Bildirilib ki, hadisə bələdiyyə sədrinin yeni inşa edilmiş bir idman sahəsində tədqiqat apardığı əsnada törədilib.

Qeyd edək ki, Fevralın 7-də eyni ştatın Kontepek meri Enrike Velazquez Orozko da terror qurbanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə