“Fitch” Rusiyanın 11 enerji şirkətinin reytinqini “CC” səviyyəsinə endirdi
“Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın 11 enerji şirkətinin reytinqini “B”-dən “CC”-yə endirib. Maraqlıdır ki, agentlik bu şirkətlərin reytinqini daha da aşağı salınmasını da istisna etmir. Bu barədə “Fitch”in saytənda bildirilir.
SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, burada söhbət, yəni reytinqi aşağı salınan FGC UES, Moskva vilayətinin Rosseti, Atomenergoprom, Inter RAO, RusHydro, Mosenergo, TGC-1, OGK-2, En + Group, Enel Russia və Rosvodokanal şirkətlərindən gedir.
Xatırladaq ki, bu şirkətlərin reytinqləri son iki həftə ərzində ikinci dəfədir ki, aşağı salınır.
“Fitch” analitiklərinin fikrincə, böhranın deeskalasiyası onların reytinqini yüksəldə bilər, bunun ardınca sanksiyaların götürülməsi və iqtisadiyyatın sabitləşməsi, valyuta və beynəlxalq ödənişlərə nəzarətin azaldılması nəzərdə tutulur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB