‘‘Ukraynanın suverenliyini heçә sayan addımları qәbul etmirik’’.

Rәcәb Tayyib Әrdoğan Antalya Diplomatiya Forumunda çıxış edib
‘‘Ukraynanın suverenliyini heçә sayan addımları qәbul etmirik’’.

‘‘Ukraynanın suverenliyini heçә sayan addımları qәbul etmirik’’.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı ifadə edib.

Rәcәb Tayyib Әrdoğan deyib:“Qonşularımız arasında böhranın qaynar münaqişəyə çevrilməsindən təəssüflənirik. Gərginliyin bu mərhələyə çatması ən çox bizi narahat etdi. Qonşumuz olan ölkәnin suverenliyinә qarşı addımları qәbul etmirik. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək və silahlar tezliklə susacaq. Bölgәmizdә sülhün bәrqәrar olması üçün sәylәr göstәrmәyә davam edәcәyik. ”.

Türkiyәnin Krımın qeyri-qanuni ilhaqı başda olmaqla Ukraynanın әrazi bütövlüyünә qarşı atılan addımları rәdd etdiyini ifadә edәn Rәcәb Tayyib Ərdoğan söyləyib ki, Türkiyənin Krımla bağlı mövqeyi dəyişməzdir: “Krımla bağlı konkret mövqeyimizi 2014-cü ildən bu yana təkrarlayırıq. Həm Rusiya, həm də Ukrayna ilə müzakirələrimizdə bu mövzunu daim gündəmdə saxlamışıq. Qərb Krımın işğalına reaksiya versəydi, indi bu mənzərəni görərdikmi?! Amma Qərb Krımın işğalına göz yumdu. İndi isə onlar nələrsə danışırlar.

Әrdoğan deyib: ‘‘Təəssüf ki, beynəlxalq ictimaiyyət bu ədalətsizliyin aradan qaldırılması üçün lazımi həssaslığı göstərmədi və lazımi dəstəyi vermədi. Ukrayna haqlı mübarizəsində yalnız qoyuldu. Evlərini tərk edən mülki şəxsləri, qorxu və narahatlıqdolu uşaqları, xaraba olan şəhərləri, ölən dinc şəxsləri gördükcə kədərimiz artır’’.

Rəcəb Tayyib Ərdoğan çıxışında həmçinin dünyada qeyri-sabitlik və qarşıdurmalar səbəbindən milyonlarla insanın evlərini tərk etmək məcburiyyətində qaldığını da qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə