AK-da Rusiyaya qarşı 4-cü sanksiyalar paketi təqdim ediləcək

AK-da Rusiyaya qarşı 4-cü sanksiyalar paketi təqdim ediləcək

Avropa Komissiyası martın 12-də Rusiyaya qarşı dördüncü sanksiyalar paketini təqdim etmək niyyətindədir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

“Sabah biz Rusiyanın təcrid olunması və onun resurslarının tükənməsi üçün dördüncü tədbirlər paketini təqdim edəcəyik”, – Avropa Komissiyasının rəhbəri deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanı qlobal dünyadan ayırmağa çalışacaq.

Ursula fon der Leyen öz bəyanatında, xüsusən də Ukrayna tərəfinin Rusiyanın guya mülki şəxslərin çıxarılması üçün humanitar dəhlizlərin açılmasına dair razılaşmaları pozması, habelə mülki obyektlərə zərbələr endirməsi ilə bağlı iddialarını təkrar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə