Sudanda hərbi idarəçiliyə qarşı etirazlard

Sudanda hərbi idarəçiliyə qarşı etirazlard

Sudanın paytaxtında hərbi hakimiyyətə qarşı kütləvi etirazlar zamanı iki nəfər ölüb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Sudanın Mərkəzi Həkimlər Komitəsi məlumat yayıb.

Komitə Umdurman şəhəri və Burri rayonunda 20-dən çox etirazçının yaralandığını açıqlayıb.

Komitə qeyd edib ki, indiyədək hərbi hakimiyyətə qarşı keçirilən etiraz aksiyaları zamanı həyatını itirənlərin sayı 87 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə