2022-ci il martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Bezirgen Qarayev məlumat verib.
“Dövlət başçısının tapşırığına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası martın 12-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlığa başlayıb”, - deyə o bildirib.
Bu ərəfədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov parlamentin yuxarı palatasının növbədənkənar iclasında çıxış edərkən deyib ki, gənc rəhbərlərin dövlət idarəçiliyinə yollarını açmaq lazımdır. Türkmənistan mətbuatının məlumatına görə, bununla əlaqədar Mərkəzi Komissiyasının sədrinə Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq müvafiq işə başlamaq barədə tapşırıq verilib.
Qeyd edək ki, ölkədə sonuncu prezident seçkiləri 2017-ci ildə keçirilib və qanunvericiliyə əsasən, növbəti seçkilər 2024-cü ildə keçirilməli idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB