Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma baş verib.
SİA rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın sərhəd xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
“Təxminən saat 02:50 (Bakı vaxtı ilə saat 00:50) dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində Qırğızıstan və Tacikistan sərhədçiləri arasında növbəti atışma olub”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.
Martın 10-da səhər saatlarında Batken regionunda, sərhədin Qırğızıstan-Tacikistan hissəsində, silahdan istifadə ilə bağlı ilk insident baş verib.
Qeyd olunur ki, saat 10:50-də (Bakı vaxtı ilə saat 8:50) sərhədin Teskey rayonunda Tacikistan sərhəd dəstəsi əvvəllər istifadə olunan marşrutu dəyişərək, yeni sərhəd xəttinə keçib və Qırğızıstan sərhədçilərindən bu hissəni tərk etməyi tələb edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB