MAQATE rəhbəri Lavrovla görüşü şərh edib

MAQATE rəhbəri Lavrovla görüşü şərh edib

Beynəlxalq Nüvə Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyənin Antalya şəhərində keçirdiyi görüşdən sonra agentliyin ekspertlərinin Ukraynanın bütün atom elektrik stansiyalarına çıxışı olduğunu, heç bir təhlükəsizlik təhdidinin olmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

“Biz Ukraynadakı nüvə təhlükəsizliyi, atom elektrik stansiyalarının və digər obyektlərin təhlükəsizliyini müzakirə etdik. Ümid edirik ki, heç bir problemin olmaması üçün yollar tapacağıq” – deyə Qrossi bildirib.

Baş direktor, həmçinin Rusiya Federasiyası xarici işlər nazirinin MAQATE, Rusiya və Ukrayna ekspertləri ilə nüvə təhlükəsizliyi üzrə üçtərəfli məsləhətləşmələrin keçirilməsi təklifini şərh edib: “Biz bunu müxtəlif üsulları müzakirə edirik. Hələlik bunun necə baş verəcəyi ilə bağlı dəqiq qərar yoxdur, lakin bu, müzakirə olunur” – deyə MAQATE rəhbəri bildirib.

Bütün bunlarla yanaşı o Çernobıl AES-də daimi enerji axını kəsildiyini, lakin danışıqlar sayəsində bu nasazlığın da aradan qaldırılıb vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə