Polşa Rusiya neftini Yaxın Şərq nefti ilə əvəzləyir?

Polşa Rusiya neftini Yaxın Şərq nefti ilə əvəzləyir?

Polşa rəhbərliyi Rusiyadan enerji təchizatını əvəz etmək üçün Yaxın Şərqdə respublikaya neft tədarükü məsələlərini müzakirə etməyə hazırlaşır.

SİA “vestikavkaza” saytına istinadən bildirir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib. "Mən Yaxın Şərqdən neft almaq üçün orada danışıqlar aparmaq üçün yaxınlarda Yaxın Şərqə gedəcəyəm. Biz Rusiyanın enerji daşıyıcılarını əvəz etmək istəyirik" Qeyd edək ki, bu fikirlərini polşalı baş nazirdən TASS agentliyi sitat gətirib.

Polşa hakimiyyətinin fikrincə, Avropa ölkələri Rusiyadan tədricən kömür, neft və qazdan imtina etməlidir. Varşava həmçinin Rusiyaya qarşı mümkün olan maksimum sanksiyaların tətbiqinin və onların bütün iri rus iş adamlarına şamil edilməsinin tərəfdarıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə