G7 Rusiyanı zəiflətmək üçün yeni sanksiyalar tətbiq edəcək

G7 Rusiyanı zəiflətmək üçün yeni sanksiyalar tətbiq edəcək

"Böyük Yeddilik” (G7) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Ukraynaya hücumla əlaqədar yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.

ABŞ-ın paytaxtı Vaşinqtonda Atlantik Şurada çıxış edən nazir, hansı tədbirlərin müzakirə oluna biləcəyini dəqiqləşdirməyib. “Biz artıq G7 ilə yeni sanksiyalar paketi üzərində işləyirik”, – nazir deyib.

Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, rəsmi Moskvaya qarşı məhdudiyyətlər Rusiya iqtisadiyyatını zəiflətmək məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə