Rusiya növbəti “dəhşətli əməliyyat”a hazırlaşır?

Rusiya növbəti “dəhşətli əməliyyat”a hazırlaşır?

Ukrayna Xarici İşlər Nazirinin sözlərinə görə, Rusiyanın bioloji və kimyəvi silahlarla bağlı saxta məlumatlar yaymaq maniyası Kiyevdə dərin narahatlığa səbəb olub.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya bu yalan altında hansısa dəhşətli bir əməliyyata hazırlaşır.

“UNİAN” saytına istinad edən SİA xəbər verir ki, bu barədə Ukraynan XİN rəhbəri özünün “Twitter” səhifəsində yazıb.

"Rusiya rəsmilərinin Ukraynada mövcud olmayan bioloji və kimyəvi silahlar, təhlükələr haqqında fantaziya qurduqları yalan bizi dərindən narahat edir. Əslində isə bu Rusiya yalan məlumat adı altında növbəti əməliyyata hazırlaşdığından xəbər verir”.

Xatırladaq ki, “UNİAN”-ın daha əvvəl xəbər verdiyi kimi, ruslar Ukraynada kütləvi qırğın silahları haqqında dezinformasiya yayıblar. Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Ukraynada bioloji silah yaradılması ilə bağlı bəyanatlarını dezinformasiya və təxribat adlandırsa da amma görünür ki, qarşı tərəf bunu ciddi qəbul etməyib(?).

Bu arada Daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib ki, Ukrayna laboratoriyaları ilə bağlı rus saxtakarlıqları işğalçıların kimyəvi hücum hazırladığını göstərə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə