İŞİD liderinin öldürüldüyü təsdiqlənib

İŞİD liderinin öldürüldüyü təsdiqlənib

İŞİD qruplaşması liderlərindən biri Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin məhv edildiyini təsdiqləyib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşi İŞİD-in yeni lideri elan edilib.

Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin Suriyanın şimal-qərbində ABŞ Silahlı Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində öldürüldüyünü bildirib. Onun sözlərinə görə, əməliyyatda iştirak edən ABŞ hərbçiləri sağ-salamat geri qayıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə