1994-2005-ci illərdə Ukraynaya rəhbərlik etmiş Leonid Kuçma öz vətənlərini müdafiə etmək üçün ayağa qalxmış ukraynalıların heç vaxt geri çəkməyəcəyinə əminlik ifadə edib.
SİA Ukraynanın “nv” saytına istinadən xəbər verir ki, bunu keçmiş prezidentin mətbuat katibi Darka Olifer “Facebook”da Kuçmanın müraciətindən iqtibas kimi yerləşdirib:
“Uzun ömrümdə bu günlərdəki qədər qürur, ağrı, qəzəb yaşamamışam.Hərdən elə gəlir ki, həm torpağımız, həm də ürəyimiz 15-ci gün deyil, əbədi olaraq yanır. Ruslar əsrlər boyu Xarkov və Çerniqovu, Sumı və Kiyevi, Jitomir və Nikolayevi bombalayıblar. Əsrlər boyu Putinin göstərişi ilə ukraynalı uşaqları və doğuş zamanı qadınları öldürüblər. Mariupolun qəddar mühasirəsi əbədi olaraq davam edir. İrpen, Buça, Vorzel sakinləri əbədi olaraq rus nasistlərinin atəşindən zirzəmilərdə gizlənirlər”.
Bütün dünya Ukrayna hərbçilərinin fövqəlbəşəri cəsarətini, könüllülərin fədakarlığını, mülki şəxslərin dözümlülüyünü və həmrəyliyini izləyir. Bunu da 83 yaşlı Kuçma bildirib: “Bu, vulkan püskürməsinə bənzəyir: oyanmaq çətindir, amma onu saxlamaq mümkün deyil. Xalqımız vətəni üçün ayağa qalxanda heç kim onu geridə qoymayacaq”
Yeri gəlmişkən Ukraynada qalıb heç yerə getməyəcəyini deyən keçmiş prezident həmvətənlərini partiya sütunlarına bölünmədən, şəxsi maraqlar və köhnə çəkişmələri kənara qoyub bayraq, ordu, prezident ətrafında birləşərək vətənlərini müdafiə etməyə çağırıb:
“Ukrayna Rusiya deyil. Gözləməsinlər və heç vaxt da Rusiya olmayacaq. Biz artıq qalib gəlirik. Və bu qalibiyyəti artıq dayandırmaq olmaz. Rusiya Federasiyasına isə bircə onu deyə bilərəm ki, yekdilliklə deyən soydaşlarımın sözlərinə qoşuluram: lənət olsun sənə!”
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB