Xarkova altı hava bombası atılıb, dinc sakinlər arasında ölənlər var

Xarkova altı hava bombası atılıb, dinc sakinlər arasında ölənlər var

Ukraynanın Xarkov vilayətinin Slobojanskoye kəndinə altı hava bombası atılıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Burada heç vaxt hərbi infrastruktur obyekti olmayıb. Buna baxmayaraq, rusiyalı hərbçilər kəndin yaşayış məntəqələrini vurmağa qərar veriblər”, – məlumatda deyilir.

Atılan 6 hava bombasından biri ikimərtəbəli yaşayış binasına düşüb. Biri qadın, ikisi uşaq olmaqla 7 nəfər ölüb.

Binanın dağıntıları arasında axtarış işləri davam etdirilir. Ölənlər barədə məlumat dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə