ABŞ Rusiyaya qarşı sanksiyaların məqsədi...

ABŞ Rusiyaya qarşı sanksiyaların məqsədi...

Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib ki, ABŞ Rusiyaya qarşı tətbiq edilən maliyyə sanksiyalarının Rusiya rəhbərliyinin planlarını dəyişdirməsini və Ukraynadakı münaqişəni dayandırmasını gözləyir.

SİA bu barədə “TASS” agentliyinə istinad edir.

Amma maraqlıdır ki, Ağ Evin səlahiyyətlisibu dəyişikliklərin nə vaxt baş verə biləcəyini dəqiq proqnozlaşdıra bilməyib.

“Bizim hesablamamıza görə, bu maliyyə sanksiyaları və dünya ictimaiyyətini dəstək üçün səfərbər etməyimiz öz təsirini göstərəcək – bizim məqsədimiz, əlbəttə ki, bu münaqişəyə son qoymaqdır”-deyə Ağ Evin mətbuat katibi bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə