“Putinin Ukrayna ilə bağlı tələbləri qəbuledilməzdir”

“Putinin Ukrayna ilə bağlı tələbləri qəbuledilməzdir”

...Bunu bəyan edən Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, bu gün sual Putinin prinsipcə səmimi danışıqlar aparmağa və nə isə təklif etməyə hazır olub-olmamasıdır.

Hər şeydən əvvəl qeyd edək ki, Fransa prezidenti Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün irəli sürdüyü tələbləri qəbuledilməz adlandırıb.

SİA "Avropa həqiqəti" nəşrinə ("Европейская правда"). istinadən yazır ki, Makron bu barədə Avropa İttifaqı liderlərinin Versal sammitindən əvvəl bəyan edib.

“Mən realist olmalıyam. Qeyd edim ki, biz prezident Putinlə daim danışıqlarda iştirak edirik. Müharibə başlamazdan əvvəldən son dəqiqələrə qədər. Onun müharibəyə başlayacağını elan etdikdən sonra biz danışıqlar aparmağa və atəşkəsə nail olmağa çalışırıq. Amma mən bunu etiraf etməliyəm və siz də etiraf edin ki, Putinin irəli sürdüyü şərtlər hər kəs üçün qəbuledilməzdir”-deyə Makron bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə