NATO-nun baş katibi Türkiyəyə gedir

NATO-nun baş katibi Yens Stoltenberq martın 11-də Türkiyəyə səfər edəcək
NATO-nun baş katibi Türkiyəyə gedir

NATO-nun baş katibi Yens Stoltenberq martın 11-də Türkiyəyə səfər edəcək.

SİA xəbər verir ki, NATO-dan verilən məlumatda deyilir ki, Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək, Antaliya Diplomatiya Forumunda iştirak və çıxış edəcək.

Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Mariano Qrossi də Antaliya Diplomatiya Forumunun iştirakçıları arasında olacaq. O, sosial media hesabından verdiyi açıqlamada Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyinin təcili şəkildə təmin edilməsi ilə bağlı danışıqlar aparacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə