Almaniyada ukraynalı qaçqınların pulsuz alman dilini öyrədilir

Almaniyada ukraynalı qaçqınların pulsuz alman dilini öyrədilir

Almaniyada akkreditə olunmuş məktəblərdə ukraynalı qaçqınlara pulsuz alman dilinin öyrənilməsi imkanı verilib. Ən çətin Avropa dillərindən sayılan alman dilini istənilən səviyyədən, o cümlədən sıfırdan öyrənməyə başlamaq mümkündür.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, proqram dilin strukturunun, qrammatikasının və lüğətinin öyrənilməsini nəzərdə tutur. Kursu bitirənlər yüksək В2 alman dili biliyi səviyyəsinə malik olacaqlar. Bu isə işə düzəlmək və ya ali məktəbə daxil olmaq üçün kifayətdir.

Bundan əlavə qaçqınlar hökumət tərəfindən qismən maliyyələşən “ümumxalq” təhsil müəssisələrinə müraciət edə bilərlər. Bu müəssisələrdə dil öyrənmək imkanını əldə etmək üçün sadəcə olaraq yaxınlıqda yerləşən məktəbə gələrək qaçqın statusunu təsdiq edən sənədi göstərmək və orada dil kurslarının olub-olmadığını öyrənərək yazılmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə