Antonov ABŞ-ı hərbi biologiya sahəsində işləri azaltmağa çağırıb

Antonov ABŞ-ı hərbi biologiya sahəsində işləri azaltmağa çağırıb

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtona Kimyəvi Silahlar Konvensiyasından irəli gələn beynəlxalq öhdəlikləri yerinə yetirmədiyini xatırladıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Bundan əlavə rusiyalı səfir ABŞ-ı hərbi biologiya sahəsindəki işləri ixtisar etməyə də çağırıb: “Administrasiya qeyri-qanuni və təhlükəli fəaliyyətlərə standart taktika ilə bəraət qazandırır. Bütün günahlarda isə Rusiyan ittiham edir. Bunula bağlı təsdiqlənməmiş və onsuz da kifayət qədər cansıxıcı arqumentlərdən istifadə olunur”-deyə Antonov bildirib.

Səfir ABŞ-ı postsovet məkanı da daxil olmaqla hərbi biologiya sahəsində işi dərhal dayandırmağa, həmçinin Bioloji Silahlar Konvensiyasını gücləndirmək üçün beynəlxalq ictimaiyyətin səylərinə mane olmamağa çağırıb.

"Bundan başqa, Vaşinqtonun kimyəvi silah ehtiyatlarının məhv edilməsi üçün son tarixləri sürətləndirməsinin vaxtı çatıb. Xatırladaq ki, Birləşmiş Ştatlar hələ də Kimyəvi Silahların Qadağan edilməsi haqqında Konvensiyaya üzv olan yeganə ölkədir ki, beynəlxalq öhdəliklərini hələ də yerinə yetirməyib”. Bunu da rusiyalı səfir bildirib.

Yeri gəlmişkən bildirək ki, Rusiya dünənə qədər ABŞ-ın Ukrayna ərazisində bioloji laboratoriyalarının fəaliyyət göstərməsindən şübhələnirdi. Lakin bu günlərdə ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın “Nezalejnaya ərazisində yerləşən bioloji tədqiqat obyektlərinin Rusiya qüvvələrinin əlinə keçməməsi” ilə bağlı səsləndirdiyi fikirlərdən sonra bu şübhələr artıq reallıqla əvəzlənib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə