Aİ ölkələri Ukraynaya görə təcili iclas keçirəcək

Aİ ölkələri Ukraynaya görə təcili iclas keçirəcək

Aİ liderlərinin Parisdəki Versal sarayında keçiriləcək zirvə görüşündə 27 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

SİA APA-ya istinadən xəbər verir ki, görüşün əsas müzakirə mövzuları Avropanın enerji müstəqilliyi strategiyası və müdafiə məsələləri olacaq. Ukraynadakı vəziyyət xüsusi müzakirə mövzusu olacaq.

Zirvə görüşünün keçiriləcəyi ərazidə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Şəhərin bu hissəsində 2 gün ərzində ictimai nəqliyyat işləməyəcək. Asayişi 2 min nəfərədək polis oruyacaq. Tədbiri işıqlandırmaq üçün 700-dən çox jurnalist akkreditasiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə