Deyəsən, növbə indi də xarici hotellərə çatıb. Beləliklə, Rusiyada fəaliyyət göstərən “Hilton” və “Hyatt” otel şəbəkələri daha bu ölkədə yeni otellər açmaq üçün fəaliyyətini dayandırmaq qərarına gəliblər.
SİA bu barədə “RİA Novosti”nin xəbər yaydığını bildirir.
"Biz Moskvadakı korporativ ofisimizi bağlasaq da davamlı əməliyyatları təmin edəcəyik və təsirə məruz qalan bütün işçilər üçün ödəniş edəcəyik". Qeyd edək ki bunu “Hilton” səlahiyyətlisi bildirib.
Bununla yanaşı, “Hyatt” da Rusiyadakı fəaliyyət və investisiyalarını dayandırdığını bildirib.
“Biz ABŞ hökumətinin cari sanksiyalarına və direktivlərinə əməl edərək Rusiyadakı otellərin fəaliyyətini qiymətləndirməyə davam edəcəyik. Biz bu böhranı həll edəcəyimizə dəümid edirik” -
Qeyd edək ki, bundan bir qədər əvvəl politoloq Malek Dudakov geosiyasi və iqtisadi vəziyyətin sabitləşməsindən sonra bir çox Qərb şirkətlərinin yenidən Rusiya bazarına qayıda biləcəyinin proqnozunu vermişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB