Latviya ukraynalı qaçqınlar üçün 100 min avro ayıracaq

Latviya ukraynalı qaçqınlar üçün 100 min avro ayıracaq

Latviyanın Ventspils Şəhər Dumasının növbədənkənar iclasında ukraynalı qaçqınlara dəstək məqsədilə 100 min avro məbləğində vəsaitin ehtiyat üçün saxlanılması qərara alınıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Latviya mətbuatına istinadən xəbər verib

Beləliklə bildirilir ki, Duma ukraynalı qaçqınlara yardım göstərilməsi fikrini dəstəkləyib və Ventspils Sosial Xidməti müvafiq işlər görəcək. Təhsil şöbəsi zərurət yarandıqda məktəblilərə yardım edəcək, bələdiyyə daşınmaz əmlakın idarə edilməsi şirkətinə və Ventspils Abadlaşdırma Kombinatı isə ərzaqların yerləşdirilməsi və paylanılmasını təşkil edəcək. Şimali Kurzeme regional xəstəxanası və Ventspils poliklinikası tibbi yardım göstərəcək, Ventspils Rəqəmsal Mərkəzi isə sakinləri kibertəhlükəsizliklə bağlı məlumatlandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə