Zelenski Rusiya-Ukrayna müharibəsinin həlli yolunu açıqlayıb

Zelenski Rusiya-Ukrayna müharibəsinin həlli yolunu açıqlayıb

Rəsmi Moskva və Kiyev münaqişəni yalnız iki ölkə prezidentləri arasında birbaşa dialoq yolu ilə həll edə bilər.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BİLD qəzetinə müsahibəsində bildirib.

“Məsələ mənim nəyə gedə biləcəyimdə deyil. Hər danışıqda məqsədim Rusiya ilə müharibəni bitirməkdir. Mən də müəyyən addımlar atmağa hazıram. Güzəştə getmək olar, amma bunlar mənim ölkəmə xəyanət olmamalıdır. Qarşı tərəf də güzəştə getməyə hazır olmalıdır, ona görə də onlara kompromislər deyilir.

Biz vəziyyətdən yalnız belə çıxa bilərik. Hələlik detallar barədə danışa bilmərik”, – dövlət başçısı vurğulayıb.

“Hələ prezidentlə (Rusiya Prezidenti Vladimir Putin-red) aramızda birbaşa əlaqəmiz olmayıb. Yalnız iki prezident arasında birbaşa danışıqlardan sonra bu müharibəyə son qoya bilərik”, – Zelenski deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə