Beynəlxalq İngilis Dili Test Sisteminin (IELTS) Rusiya Federasiyasındakı bütün imtahanları ləğv edib. SİA xəbər verir ki, “Kommersant” imtahan verməyi planlaşdıranların aldığı məktublara istinadən bildirib.
Beəliklə göndərilən məktublarda imtahanların IELTS sahibləri - British Council və Cambridge Assessment English-in qərarı ilə "gərginləşmiş xarici siyasi vəziyyət nəticəsində" dayandırıldırıldığı bildirilir.
Abituriyentlərə imtahan üçün ödənilən vəsaiti imtahana hazırlaşmaq üçün kursların ödənişinə köçürmək təklif olunub. Əks halda, Rusiyada imtahan sessiyaları bərpa olunana qədər pullar dondurulacaq.
Eyni zamanda, məktublarda imtahan verən tərəfin “qeydiyyat üçün yeni mövcud tarixlərin görünməsi ilə bağlı dəqiq tarixlər barədə məlumatı olmadığı, lakin imtahanın ən qısa zamanda təşkili üçün bütün səylərini əsirgəməyəcəyi vurğulanır.
Yeri gəlmişkən xatırladaq ki, IELTS İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla ingilisdilli ölkələrə təhsil və immiqrasiya üçün ən çox tələb olunan ingilis dili imtahanıdır.
Baxın, ruslar da belə “'əvəz” çıxır..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB