Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevə əlavə hərbi yardımın göstərilməsi məsələlərini telefonla müzakirə ediblər.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın rəsmi açıqlamasına görə, iki ölkənin xarici işlər nazirləri Ukraynaya əlavə hərbi yardım və humanitar dəstək göstərmək üçün əlaqələndirilmiş səylər barədə danışıblar. SİA bu barədə “ren.tv”yə istinad edir.
ABŞ səlahiyyətlisinin sözlərinə görə, tərəflər əsas vəzifə kimi Rusiyanın hərbi əməliyyatını dayandırmaq olan “davam edən diplomatik iş” məsələsinə də toxunublar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB