Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Türkiyənin Antalya şəhərinə gedib.
SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko feysbuk səhifəsində məlumat verib.
“Dmitri Kuleba Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Ukraynaya qarşı hərbi əməliyyatların və müharibənin dayandırılması ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün Antalyaya gəlib”, – o sosial şəbəkədə yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB