Conson Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə söz verib

Conson Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə söz verib

“...Böyük Britaniya iqtisadiyyatına maksimum zərər vurmaq üçün Rusiyaya qarşı sanksiyalar təzyiqini artıracaq”.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Britaniya hökumətinin başçısı Boris Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətində deyib.

Rus saytının yazdığına görə, “baş nazir maksimum iqtisadi effekt əldə etmək üçün Rusiyaya qarşı bu sanksiyaları daha da gücləndirməyi vəd edib”.

Bundan əlavə, deyil ənə görə, Boris Conson Ukraynanı müdafiə üçün lazımi silahlarla təmin edən Böyük Britaniyanın gördüyü işləri də açıqlayıb.

Söhbətdən sonra Zelenski Rusiyanın Ukrayna ərazisindəki hərəkətlərinə qarşı çıxdığına görə Consona təşəkkür etdiyi də bildirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə