Zelenski Qərbin bəzi liderlərini cəsarətsiz adlandırıb

Zelenski Qərbin bəzi liderlərini cəsarətsiz adlandırıb

Prezident Volodimir Zelenski Ukraynanın beynəlxalq tərəfdaşlarına ölkənin hərbi əməliyyatların davam etdiyi bütün regionlarındakı vəziyyət barədə məlumat verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, xalqa və beynəlxalq ictimaiyyətə növbəti müraciətində bildirib.

“Bu gün (dünən-red) mən Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə, Böyük Britaniyanın Baş naziri Boris Consonla danışdım. Dəstəyinizə görə təşəkkür edirəm, Boris.

Tərəfdaşlar bu barədə tam məlumatlıdırlar – Bizim Mariupolda baş verənlər və Ukraynanın hərbi əməliyyatların davam etdiyi bütün bölgələrində vəziyyət haqqında”, – dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Rusiyanın öz hərəkətlərinin fəsadlarını hiss etməsi üçün iş gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com