Olena Zelenskayanın NATO-dan istəyi

“Bütün Ukrayna NATO-dan üzərimizdəki səmanı bağlamağı xahiş edir”
Olena Zelenskayanın NATO-dan istəyi

Ukrayna prezidentinin xanımı Olena Zelenskaya NATO-ya Ukrayna səmasını uçuşlar üçün bağlamağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Ukrinform” xəbər verir. Zelenskaya görə ölkə səmasının açıq qalması rus təyyarələrinə dinc insanların məhv edilməsinə geniş şərait yaradır. Prezidentin xanımı buna əyani sübut kimi ötən gün bomba atəşinə məruz qalan Mariupoldakı doğum evi və uşaq xəstəxanasını göstərib.

Qeyd edək ki, Zelenskaya bu barədə şəxsi “Facebook” səhifəsində yazıb.

Yeri gəlmişkən xatırladaq ki, çərşənbə günü Mariupolda rus qoşunları hava hücumu zamanı şəhərin mərkəzindəki doğum evini, xəstəxananın uşaq şöbəsi və terapiyanı dağıdıblar.

Donetsk Regional Dövlət Administrasiyasının rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, hava hücumu nəticəsində 17 həkim və doğuş zamanı olan bir qadın xəsarət alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə