Rusiya bəyan edib ki, Ukraynada məqsədi indiki hakimiyyəti devirmək deyil.
SİA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna ilə danışıqların növbəti raundlarında irəliləyişə ümid etdiklərini bildirib.
Ukrayna tərəfini mülki şəxslərin təhlükəsiz keçidini təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırdıqlarını söyləyən M.Zaxarova deyib: “Ümid edirik ki, danışıqların növbəti raundlarında daha mühüm addım atılacaq.
Ukraynanın dinc danışıqlar yolu ilə "bitərəf statusuna qayıtması" daha yaxşı olar. Ölkənin hakimiyyətindən bu münasibəti gözləyirik.
Rusiya hərbi birləşmələrinin Ukraynadakı missiyası xalqa qarşı deyil.
Ukraynaya təcavüz etmirik, məqsədimiz dövləti və indiki hakimiyyəti devirmək deyil.
Ukraynada ABŞ xüsusi xidmət orqanlarının himayəsi ilə hərbi məqsədlər üçün bioloji materiallar hazırlandığını dəfələrlə söylədik. Bu ölkədə əcnəbi döyüşçülər var. Onlar törətdikləri əməliyyatlara görə heç bir məsuliyyət daşımır.
Rusiya əsgərlərinə qarşı hər cür silahlı fəaliyyət dərhal dayandırılacaq, xarici könüllülər və muzdlu döyüşçülər məhv ediləcək."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB