Rusiya Prezident Aparatının (Kreml Sarayı) sözçüsü Dmitri Peskov qlobal enerji bazarlarında vəziyyətin kifayət qədər təlatümlü olduğunu bildirərək “Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyaya qarşı iqtisadi müharibə aparır” deyib.
SİA xəbər verir ki, paytaxt Moskvada etdiyi şərhdə sərt iqtisadi sanksiyalarla bağlı D.Peskov bunları söyləyib: “Şirkətlər Rusiyanı tərk edir. Hökumət milyonlarla insanın işsiz qalmaması üçün düşünür.
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları iqtisadi müharibədir. Biz ABŞ-ın Rusiyanın enerji məhsullarını almamaq qərarını ciddi şəkildə təhlil və Rusiyanın maraqları üçün nə lazımdırsa, edəcəyik.
Qlobal enerji bazarlarında vəziyyət qeyri-müəyyəndir. Bu təlatümlərin artmaqda necə davam edəcəyi bəlli deyil.
Polşanın Ukraynaya “MiQ-29” döyüş təyyarələri göndərmək istəyi çox arzuolunmaz və potensial təhlükəli ssenaridir.
Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba martın 10-da Türkiyədə Antaliya Diplomatik Forumu çərçivəsində görüşəcəklər. Bu, danışıqlar prosesinin davam etdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir.”
Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra beynəlxalq ictimaiyyət rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB