İzmir sahillərində 15 qaçqın da xilas edilib

İzmir sahillərində 15 qaçqın da xilas edilib

Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılan qaçqınlar xilas edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyәnin İzmir şәhәrinin Çeşme qәsәbәsindən Yunanıstana keçmәyә cәhd göstәrәn qaçqınlar Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilib.

Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı 15 qaçqının xilas edildiyi bildirilib.

Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə