NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәrinin fövqәladә iclası olacaq

NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәrinin fövqәladә iclası olacaq

NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәri Rusiyanın Ukraynaya hücumu sәbәbindәn yaşanan proseslәri qiymәtlәndirmәk üçün gәlәn hәftә fövqәladә iclas keçirәcәk.

SİA-nın əldə etdiyi məlumata görə, mәlumata görә, iclas martın 16-da videokonfrans formatında baş tutacaq. İclasa NATO-nun Baş katibi Yens Stoltenberq sәdrlik edәcәk.

Xatırladaq ki, 16-17 fevralda NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәrinin iclası keçirilmişdi. Fevralın 25-dә isә NATO-ya üzv ölkәlәrin liderlәrinin sammiti baş tutmuşdu.

NATO-ya üzv ölkәlәrin xarici işlәr nazirlәri dә martın 4-dә NATO-nun Belçikanın paytaxtı Brüsseldәki mәnzil-qәrargahında bir araya gәlmişdi.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə