“TikTok”da Putinin müraciətinə qoyulan məhdudiyyət götürülsün?

“TikTok”da Putinin müraciətinə qoyulan məhdudiyyət götürülsün?

Roskomnadzor “TikTok” sosial şəbəkəsi administrasiyasından Rusiya prezidenti Vladimir Putinin müraciətinin video çəkilişinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağı və bu məhdudiyyətlərin səbəblərini izah etməyi tələb edib. Bu barədə idarənin saytında məlumat verilib.

Roskomnadzor -nin məlumatına görə, sosial şəbəkənin administrasiyası xarici istifadəçilər üçün Putinin ünvanına olan videonun audio trekinə girişi məhdudlaşdırıb. Tənzimləyici qeyd edir ki, bu hərəkətlər məlumatın sərbəst yayılması və ona maneəsiz çıxışın əsas prinsiplərini pozur.

Xatırladaq ki, martın 6-da “TikTok” sosial şəbəkəsi “saxta xəbərlər” haqqında qanuna görə rusiyalı istifadəçilərə yeni videoların və canlı yayımların dərcinə müvəqqəti qadağa qoyduğunu elan edib. Şirkət rəhbərliyi açıqlamasında qərarın “işçilərin və istifadəçilərin təhlükəsizliyi” üçün verilməsi ilə əlaqələndirib.

Nazlı Babayeva

Bütün xəbərlər Facebook səhifəmizdə