ABŞ alimlərinin yeni araşdırması, tez-tez işlədilən “sağlam həyat üçün 10 min addım” ifadəsinin doğru olmadığını ortaya çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, araşdırmanın nəticələri göstərdi ki, sağlam addımların sayı yaşa görə dəyişir.
Tədqiqata görə, 60 və daha yuxarı yaşlı böyüklər üçün tələb olunan maksimum addım sayı 6000-8000, yeniyetmələr üçün isə 8000-10000 addımdır. Massaçusets Universitetindən Amanda Paluk, "Müəyyən yaş qrupları üçün bu qədər addımın atılması ölüm riskini artıra bilər" deyib.
Leyla Həsənəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB