Rusiya tankları dinc insanların karvanına atəş açıb

Rusiya tankları dinc insanların karvanına atəş açıb

Rusiyanın Ukraynanı işğalı davam edərkən Kiyev, Xarkov, Çerniqov, Sumi və Mariupol şəhərlərində qarşılıqlı atəşkəs elan edilib və humanitar dəhlizin açılmasına icazə verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şimal-şərqdə sərhəddə yerləşən Sumi şəhərindən ölkənin mərkəzi hissəsindəki Poltavaya mülki şəxslər üçün təxliyə dəhlizi açılıb. Lakin Rusiya tankları yolda dinc insanların karvanına atəş açıb və 9 nəfər həyatını itirib.

Yenə də Rusiya dinc sakinlərin təxliyyəsi üçün verilən atəşkəs qərarına əməl etməyib. Dünən də mülki vətəndaşları daşıyan karvanlar, yardım daşıyan maşınlar, xəstəxanalar da Rusiya ordusunun hədəfində olub. Rusiya dünən yenidən Ukraynanın işğal etdiyi ərazilərdə mülki insanları hədəfə alıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə