Dünyanın hər yerindən könüllülər Ukrayna uğrunda döyüşməyə gedib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hərbi xidmətdə olan 4 əsgərin İngiltərədən qaçaraq Ukraynaya getməsi böhrana səbəb olub. Böyük Britaniyada Ukraynaya qaçan və müharibəyə qatılmaq istəyən 4 növbətçi ordu əsgərinin qaçması görünməmiş diplomatik böhrana səbəb ola bilər və hətta Böyük Britaniyanı müharibəyə cəlb edə bilər. Kraliçanı qorumaq vəzifəsi daşıyan mühafizə dəstəsindən olan 19 yaşlı əsgər və onun üç həmkarını tapmağa çalışan Britaniya Müdafiə Nazirliyi bunun “İngilis əsgərləri müharibəyə girib” deyərək Putindən ehtiyat edib. İngiltərəyə müharibə elan edə bilər. Rusiyaya qarşı döyüşən Ukraynanın xarici legionlarına qoşulan 19 yaşlı əsgərin sonuncu dəfə Polşa sərhədində göründüyü bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB