...Bu gün Ermənistan da “məhv olması” heç bir şübhə doğurmayan Putin Rusiyasının müttəfiqləri sırasındadır. İndi rusların çətin günündə onlarla müttəfiq olduğumuzu danmaqla kimi inandıra bilərik? Bu bütün dünyaya gün kimi aydındır...pərdənin bir üzündə bizim, o biri tərəfində isə onlar. Bu, bütün dünyanın bildiyi reallıqdır. Yıni bütün dünya da bilir ki, bu günə qədər ruslar hara barmaq tuşlayıb, ora da qaçmışıq. KTMT-yə də, Gömrük İttifaqına da, Aİİ-yə də ilk üzv olanlardanıq. Həmişə Rusiyanın lehinə, Ukraynanın əleyhinə səs verimişik. İndi bütün buları rusların tapşırıq və göstərişi ilə elədiyimizi kimə inandıra bilərik?
Deyirəm, o vaxt əla şans düşmüşdü. Məxməri inqilabın qələbəsindən sonra deyirəm ey... Amma əldən verdik. Deyim elə onda da hər şey Putinin üzündən oldu. Nikola necə “xox” gəldisə, Nikol da özündən əvvəlki həmkarlarının dediklərini təkrarlamağa başladı.
Budur, ABŞ Rusiyadan neft və qaz idxalına qadağa qoyub. Siz bilirsinizmi ki, bu Rusiya iqtisadiyyatının əsas arteriyasını hədəfə almaqdır. Sabah Rusiyada dolların qiyməti kəlləçarxa çıxanda bizim oradakı əməkçi miqrantlarımız neyləyəcək? Ermənistanda qoyub getdikləri arvad-uşaqlarına nə göndərəcək? Belə görünür ki, bizim üçün vaylı günlər hələ qabaqdadır.
Belə görünür ki, Ukraynanın bu qarşıdurmada qalib gəlmək üçün hər ğür şansı var. Deyim ki, Türkiyə və Azərbaycan üçün çox yaxşı xəbər olacaq. Amma Ermənistan üçün təbii ki, çox pis. Deyirəm, bunun nə qədər pis olduğunu, bir erməni kimi, düşünmək belə qorxudur. Özü də bütün baxımdan. Amma biz artıq heç nəyə təsir edə bilmirik, vay...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB