Boko Haramın 17 üzvü öldürülüb

Bu barәdә yerli media orqanları mәlumat yayıb.
Boko Haramın 17 üzvü öldürülüb

Nigeriyanın şimal-şәrqindәki Borno әyalәtindә terror tәşkilatı Boko Haramla ordu arasında baş verәn qarşıdurmada 17 terrorçu öldürülüb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Bu barәdә yerli media orqanları mәlumat yayıb. Mәlumatda terrorçuların Damasak bölgәsindәki hәrbi hissәyә hücum etdiyi bildirilib. Bu hadisәdәn sonra ordu ilә Boko Haram qruplaşması arasında qarşıdurma baş verib. Ordunun Boko Haramın 3 üzvünü saxladığı vә terror tәşkilatına mәxsus silah vә sursatı әlә keçirdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə