‘‘Ukraynanın Aİ-yə üzvlük әrizәsi yaxın günlәrdә müzakirә olunacaq’’

‘‘Ukraynanın Aİ-yə üzvlük әrizәsi yaxın günlәrdә müzakirә olunacaq’’

Avropa İttifaqı Şurasının sәdri Şarl Mişel Rusiya prezidenti Vladimir Putin vә Ukrayna prezidenti Vladimir Zelenski ilә telefon әlaqәsi saxladığını bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Şarl Mişel Vladimir Putinlә apardığı telefon danışığı barәdә rәsmi internet sәhifәsindә paylaşım edib. O telefon danışığında Putinә Avropa İttifaqının Rusiyanın Ukraynaya etdiyi hücumu qınadığını xatırladıb.

Putinә toqquşmaları dayandırması ilә әlaqәdar çağırış etdiyini bildirәn Şarl Mişel Ukraynadakı nüvә obyektlәrin tәhlükәsizliyinin әhәmiyyәtinә diqqәt çәkdiyini ifadә edib.

Şarl Mişel Vladimir Putin ilә görüşlәri davam etdirmәk mәsәlәsindә razılıq әldә etdiklәrini deyib.

Ukrayna prezidenti Vladimir Zelenski ilә apardığı telefon danışığı ilә bağlı mәlumat verәn Şarl Mişel bildirib ki, Avropa İttifaqı Ukraynanın yanındadır.

Avropa İttifaqının Ukraynanı dәstәklәdiyini bildirәn Şarl Mişel Ukraynanın Avropa İttifaqına üzvlük әrizәsinin yaxın günlәrdә müzakirә olunacağını bildirib.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə