ABŞ-ın Ukraynada bioloji laboratoriyaları var?

Rusiya Ukraynada ABŞ-a mәxsus bioloji laboratoriyaların olduğunu iddia edib
ABŞ-ın Ukraynada bioloji laboratoriyaları var?

Rusiya Müdafiə Nazirliyi Ukraynada Amerika Birləşmiş Ştatlarına məxsus 30 bioloji laboratoriyanın olduğunu iddia edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Rusiya Hərbi Qüvvələrinә tabe olan Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov ABŞ-ın Ukraynadakı hərbi bioloji proqramı ilə bağlı açıqlamalar verib.

ABŞ Müdafiə Nazirliyinin keçmiş Sovet İttifaqı coğrafiyasında hərbi bioloji proqramlar həyata keçirdiyini bildirən Kirillov deyib: "Ukraynada 30 bioloji laboratoriya yaradılıb. Onlar elmi tədqiqat və sanitar-epidemioloji olmaqla iki növdən ibarətdir. "Black and Veatch" şirkəti bu layihələrin həyata keçirilməsi ilә bağlı fәaliyyәt aparır’’.

Sözügedən laboratoriyanın Ukraynanın Lvov, Xarkov və Poltava şəhərlərində yerləşdiyi və mәhv edildiyi barədə məlumat verәn Kirillov “burada vəba, qarayara, brusellyoz, difteriya, salmonellyoz, dizenteriya patogenlərinin izlərinə rast gəlindiyini” iddia edib.

Kirillov əlavə edib ki, Ukraynadakı bu növ proqramlar təcili olaraq məhv edilir.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə