BMT Əfqanıstandakı hümanitar vəziyyətə münasibət bildirib

BMT-nin açıqladığı hesabatına görə Taliban hakimiyyətə gələndən Əfqanıstanda 397 mülki şəxs öldürülüb
BMT Əfqanıstandakı hümanitar vəziyyətə münasibət bildirib

Bu barədə Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib.

SİA xəbər verir ki, bununla yanaşı, 756 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ali Komissar vurğulayıb ki, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin 100-dən çox keçmiş üzvü və ya onların ailə üzvləri məhkəmədənkənar edam edilib.

Baçelet diqqəti iqtisadi, sosial və mədəni hüquqların tam şəkildə həyata keçirilməsinə ciddi təsir göstərən dağıdıcı humanitar və iqtisadi böhrana çəkib. Onun sözlərinə görə, hazırda əhalinin yarıdan çoxu həddindən artıq aclıqdan əziyyət çəkir, ölkədə insan alveri və erkən nikahların sayı artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə