Avropa İttifaqının qeyri-rəsmi sammitinin gündəliyi açıqlanıb

Avropa İttifaqının qeyri-rəsmi sammitinin gündəliyi açıqlanıb

Avropa İttifaqının (Aİ) martın 10-11-də keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitinin iştirakçıları Ukraynadakı vəziyyəti, təşkilatın müdafiə və iqtisadiyyatının gücləndirilməsi, eləcə də Rusiyadan enerji resurslarından asılılığın azaldılması məsələlərini nəzərdən keçirəcəklər.

SİA xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişelin dərc olunmuş məktubunda deyilir. Eyni zamanda, dərc olunan gündəmdə Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulu məsələsi qeyd olunmur.

“Avropa İttifaqı və onun üzv ölkələri Ukraynaya koordinasiyalı humanitar, siyasi, maliyyə və maddi yardım göstərir. Aİ ölkələri də müharibədən qaçan çoxlu insana ev sahibliyi edərək böyük həmrəylik nümayiş etdiriblər. Bu münaqişə və onun nəticələri bizim martın 10-11-də Versalda baş tutacaq qeyri-rəsmi görüşümüzün mərkəzində olacaq”, – Şarl Mişel qeyd edib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyətə görə bütün məsuliyyəti Rusiya daşıyır və Rusiyaya qarşı Avropa tarixin ən sərt məhdudiyyətlərini tətbiq etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə