ABŞ Ukraynaya “Dəmir günbəz” verməyəcək

ABŞ Ukraynaya “Dəmir günbəz” verməyəcək

ABŞ Ukraynada “Dəmir günbəz” yerləşdirmək niyyətindən imtina edib. SİA “rambler”ə istinadən bunun ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bəyan etdiyini bildirir.

Belə ki, ABŞ-ın Ukraynada “Dəmir günbəz” raketdən müdafiə sistemlərini yerləşdirməyəcəyini deyən amerikalı rəsmi, amma ölkəsinin Kiyevə hərbi yardım üçüm digər üsullar araşdıracağını da istisna etməyib.

Qeyd edək ki, Nuland bu fikirləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki dinləmələr zamanı deyib.

Yeri gəlmişkən, o, ABŞ-ın Rusiyaya təzyiqlərini davam etdirəcəyini və Ukraynaya kömək edəcəyini də gizlətməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə