Tokio Kiyevə silah verməkdən imtina edib

Tokio Kiyevə silah verməkdən imtina edib
Rusiyanın "Moskovski Komsomolets" nəşri Yaponiyanın "Kyodo News" saytına istinadən Kiyevin Tokiodan Ukraynaya silah tədarükünü koordinasiya etməyi xahiş etdiyi barədə xəbər yayıb. Qeyd üdək ki, SİA bu barədə "rambler" saytına istinad edir.

Beləliklə, Yaponiya hökumət dairələrindəki mənbələrin məlumatına görə, bununla bağlı Ukrayna tərəfi fevralın sonunda Yaponiyanın müdafiə naziri Nobuo Kişiyə müvafiq məktub göndərib.

Verilən məlumata görə, sənəddə Yaponiyadan Ukraynaya döyüş sursatı, tank əleyhinə raketlər və yer-hava tipli raketlərin tədarükü tələbindən bəhs edilib.

Lakin Yaponiya tərəfi Ukrayna hakimiyyətinin bu tələbinə mənfi yanaşıb və silah əvəzində Kiyevə bədən zirehləri, qoruyucu dəbilqələr, çadırlar, sanitar qovşaqlar, elektrik generatorları və ərzaq göndərib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın Ukraynaya ehtimal olunan silah tədarükünə münasibət bildirmişdi. Onun sözlərinə görə, bu hərəkətlər Almaniyanın özündə deazifikasiya prosesinin necə başa çatması ilə bağlı sual doğurur.

Zaxarovanın mövqeyinə görə, Ukraynaya göndərilən silahlar Ukrayna ərazisində asanlıqla "neonasistlərin, terrorçuların və talançıların" şikarına çevrilə bilər.

Əli Babayev.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com