"Avropa ABŞ-dan öz məqsədləri üçün istifadə edir"

"Avropa ABŞ-dan öz məqsədləri üçün istifadə edir"
ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərinə görə, Avropa Rusiyadan enerji idxalına qadağa məsələsində “ABŞ-dan öz məqsədləri üçün istifadə edir”.

SİA bu barədə “rosbalt” saytına istinad edir.

Belə ki, onun yaydığı bəyanatda, Rusiya neft və qazının boykot edilməsi məsələsində “ABŞ-ın öz başına qaldığı, Avropanın isə bundan istifadə etdiyi” iddia edilir.

Xatırladaq ki, çərşənbə axşamı Rusiyadan enerji idxalını qadağan edəcək fərman imzalayan ABŞ prezidenti Cozef Bayden bununla Avropa ölkələrinin də oxşar hərəkətlər edəcəyini ehtimal edir.

Tramp görə, əslində Qərb ölkələri buna getməməklə ABŞ-dan öz məqsədləri üçün istifadə edə bilərlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com