Pekin münaqişəni həll edə bilər?

Pekin münaqişəni həll edə bilər?

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulanda Qərbin Ukrayna münaqişədə Çin hakimiyyətinin neytrallığınnın variant olmadığını, nizamlamada aparıcı rol oynaya biləcəyinə inandığını bildirib.

SİA bu barədə “Moskovski Komsomolets” nəşrinə istinad edir.

Təbii ki, xanım Nuland dediklərini əsaslandırmaq üçün nümunə də göstərir. Məsələn o ötən gün, martın 8-də Çinin xarici işlər nazirindən Ukraynada atəşkəsə nail olmaq üçün öz təsirindən istifadə etməyi xahiş edən Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrelli dəstəkləyir.

Qeyd edək ki, bu gün Moskvaya xüsusi təsir göstərmək imkanının məhz Pekinə aid olduğuna əminlik bildirən Borrell, bu ölkənin Rusiya-Ukrayna münaqişəsinin yumşaldılmasına da töhfə verə biləcəyini istisna etmir.

Yeri gəlmişkən bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin xarici işlər naziri Vanq Yi ilə telefon danışığı zamanı bu ölkəni Rusiyanın Donbassdakı xüsusi əməliyyatını dayandırmağa kömək etməyə çağırmışdı.

Qeyd edək ki, Kuleba Kiyev Moskva danışıqlardan sonra ölkəsinin təslim olmaq fikrində olmadığını da bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə