McDonald's Rusiyadakı 850 restoranın hamısını müvəqqəti bağlamaq qərarına gəlib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” şirkət nümayəndələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, McDonald's Rusiyadan olan 62 min işçisinə maaş verməyə də davam edəcək: "Onlar ürəklərini və ruhlarını bizim McDonald's brendimizə qoydular". Bildirək ki, bu restoran səlahiyyətlisinin sözləridir.
Deməyə lüzum olmasa da, hər halda bildirək ki, McDonald's rəhbərliyi bu qərarı Rusiyanın Ukraynada əməliyyatının başlaması və ondan sonra tətbiq edilən sanksiyalarla əlaqədar qəbul edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB