“Türkiyənin durduğu yeri və əhəmiyyətini xatırlatmaq istəyirik”

“Türkiyənin durduğu yeri və əhəmiyyətini xatırlatmaq istəyirik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin martin 10-da Türkiyəyə gələcəyini açıqlayıb.

SİA xəbər verir ki, paytaxt Ankaradakı Prezident Aparatında Qadın Muxtarlarla Görüşdə iştirak edən Ərdoğan Rusiya ilə Ukrayna arasında fevralın 24-dən davam edən müharibəyə toxunaraq deyib: “Bu məsələ ilə bağlı 20-dən çox dövlət başçısı ilə danışıqlar apardıq və aparırıq. Türkiyənin durduğu yeri və əhəmiyyətini xatırlatmaq istəyirik.

Martın 9-da İsrail prezidenti İsaak Hersoq, 10-da isə Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.”

Bütün xəbərlər Facebook səhifəmizdə