Rusiya qırıcıları Sumi şəhərinə bomba yağdırdı, 9 ölü

Rusiya qırıcıları Sumi şəhərinə bomba yağdırdı, 9 ölü

Rusiya hava qüvvələrinin Ukraynanın Sumi şəhərinə hücumu nəticəsində 2-si uşaq olmaqla 9 mülki vətəndaş həyatını itirib.

SİA xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətindən yayılan açıqlamada, dünən axşam radələrində Rusiya döyüş təyyarələrinin Sumini bombaladıqları, hava zərbələri nəticəsində Romenskaya və Spartak küçələrində iki binanın yerlə yeksan olduğu, 2-si uşaq olmaqla 9 mülki şəxsin həyatını itirdiyi bildirilib.

Rusiya qoşunlarının fevralın 24-də Ukraynaya başlatdığı hücumlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə